ÇL: Nəhənglərin növbəti dueli
Bizi izləyin

İdman

ÇL: Nəhənglərin növbəti dueli

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, son matç günündə də 2 qarşılaşma keçiriləcək.

Gecənin İngiltərədə keçiriləcək əsas oyununda "Mançester Siti" "Real"ı qəbul edəcək. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatdığından bu oyuna maraq olduqca böyükdür.

Digər matç isə Almaniyada baş tutacaq. "Bayern" doğma azarkeşləri önündə "Arsenal" ilə üz-üzə gələcək. Sözügedən komandaların Londondakı duelində 2:2 hesablı heç-heçə qeydə alınıb.

Bu cütlərin qalibləri finala gedən yolda üz-üzə gələcəklər.

Qeyd edək ki, PSJ və "Borussiya" (Dortmund) ötən gecə baş tutan oyunlardan sonra yarımfinala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası: 1/4 final cavab oyunları
17 aprel

23:00 Mançester Siti - Real (İlk oyun - 3:3)
23:00 Bayern - Arsenal (İlk oyun - 2:2)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm