De Bruyne "Real"ın ÇL-dəki qəniminə çatdı
Bizi izləyin

İdman

De Bruyne "Real"ın ÇL-dəki qəniminə çatdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real"ın qapısına qol vurub.

Publika.az xəbər verir ki, 32 yaşlı belçikalı Çempionlar Liqasında Madrid təmsiçisinə qarşı oyunlarda 8 qola (4 qol, 4 məhsuldar ötürmə) töhfə verib. Bununla o, Coovane Elberin rekordunu (4 qol, 4 məhsuldar ötürmə) təkrarlayıb. Braziliyalı futbolçu "Bayern"də çıxış edərkən ardıcıl 3 mövsüm ərzində (1999/2000, 2000/01, 2001/02) bu nəticəyə imza atıb.

Qeyd edək ki, "Real" "Mançester Siti"ni üstələyərək (3:3, 1:1, pen-3:4) yarımfinala vəsiqə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm