Şevçenko qəribə üsula əl atmağa hazırlaşır: Hakimlərin yalanını tutmaq üçün
Bizi izləyin

İdman

Şevçenko qəribə üsula əl atmağa hazırlaşır: Hakimlərin yalanını tutmaq üçün

“Çelsi”və “Milan”ın əfsanəvi hücumçusu, hazırda isə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti olan Andrey Şevçenko maraqlı qərar qəbul etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, 3 aydır bu vəzifəyə seçilən Şeva hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir. Bu barədə "Corriere della Sera" məlumat yayıb.

Bildirilir ki, o, bununla hakimlərin nə qədər ədalətli olub-olmadıqlarını öyrənməyə çalışacaq.

Xatırladaq ki, Ukrayna millisinin ən yaxşı bombardiri olan Şevçenko bu il yanvarın sonunda UAF-ın prezidenti seçilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm