Qlamur model tərəfindən aldadıldı: Məşhur futbolçunun kilsəyə gedən yolu - FOTO
Bizi izləyin

İdman

Qlamur model tərəfindən aldadıldı: Məşhur futbolçunun kilsəyə gedən yolu - FOTO

1998-ci ilin mayında Mançester Yunayted-in baş məşqçisi Aleks Ferqyuson Premyer Liqada "Barnsli"yə qarşı matçın start heyətində gənc yarımmüdafiəçi Filip Malrinə yer verdi. 20 yaşlı oğlan ömrünün sonuna qədər həmin oyunu xatırlayacaq. Çünki o, bir daha mankunianların forması ilə meydana çıxmadı.

Getty Images

Malrin 500 min funt-sterlinqə "Norviç Siti"yə satıldı. Şimali İrlandiya millisinin futbolçusu burada əsl ulduza çevrildi. - 161 matçda 18 qol vurdu və klubu tərk etməzdən əvvəl "sarı-yaşıllar"a Premyer Liqaya yüksəlməyə kömək etdi.

Təəssüf ki, bundan sonra Filipin karyerası geriləməyə başladı. O, 31 yaşında"Kinqs Linn"də karyerasını başa vurmazdan əvvəl "Kardiff Siti" və "Leyton Oryent"də çıxış edib.

Bir vaxtlar məşhur olan futbolçu birdən dinlə maraqlanmağa başlayıb. Romadakı Papalıq Müqəddəs Xaç Universitetinə daxil olub, burada təhsil aldıqdan sonra katolik keşişi təyin edilib və andı içib.

Getty Images
“Konkret anı müəyyən etmək çətindir. Deyərdim ki, hər şey "Norviç"dəki son mövsümümdən sonra başladı. O zaman bu barədə düşünmürdüm, amma bütün həyat tərzimdən narazı qalmağa başladım.

Futbolçu kimi gözəl həyatım olub və çox imtiyazlı idim. Amma zaman keçdikcə bir növ boşluq olduğunu hiss edirdim. Gənclərin istədiyi hər şey məndə olduğu halda niyə xoşbəxt deyiləm?

Bu, məni gəncliyimdə malik olduğum imanı yenidən nəzərdən keçirməyə sövq etdi. Bir il evə qayıtmaq qərarına gəldim və elə həmin il hər şey alt-üst oldu. Futbolda böyük eniş-yoxuşlar olur, amma burada mənə daimi məmnunluq hissi verən bir şey var idi” - deyə Malrin bildirib.

Futbolçu karyerası ərzində Filip qlamur model Nikol Çapmanla görüşürdü. Şayiələrə görə, həmin vaxt qız futbolçunu açıq-aşkar aldadıb, pul qazanıb. İndi isə o, uğurlu model və bloggerə çevrilib. O, artıq 2 milyon abunəçi həddini keçən Youtube kanalında kosmetika və makiyajdan danışır.

@nicolachapman
@nicolachapman

Ancaq Malrin, kilsədə xidmət etmək üçün qlamur modellə münasibə son qoymasına peşman deyil. 2019-cu ildə o, Müqəddəs Məryəm Prior Kilsəsinə göndərildi.

Filipin indi 46 yaşı var. O, öz inancına sadiq qalır. Tez-tez məktəblilər və tələbələrə futboldan dinə gedən qeyri-adi yolu haqqında danışır.

Getty Images

“İdman həmişə böyük fəzilətləri öyrətmək üçün gözəl vasitədir. Lakin bunu dinlə qarışdırmamaq üçün ayrıca bir anlayış kimi qəbul etmək lazımdır. Hətta “din” sözünün özü də latın “Religare” sözündəndir – bağlamaq, əlaqə yaratmaq deməkdir. Allaha üz tutduqda, özümüzü ona bağlayanda məhz belə edirik”, - deyə sabiq futbolçu bildirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm