Ançelottidən Arda Gülər açıqlaması
Bizi izləyin

İdman

Ançelottidən Arda Gülər açıqlaması

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Gülərin durumu barədə danışıb.

Publiak.az xəbər verir ki, italyan mütəxəssis "Barselona" ilə oyundan sonra (3:2) mətbuat konfransında türkiyəli yarımmüdafiəçinin az oyun şansı alması ilə bağlı sualı cavablandırıb. O, 19 yaşlı futbolçu barədə qısa şəkildə "Arda Gülər növbəti həftələrdə istədiyi şansı qazanacaq" deyib.

Qeyd edək ki, Arda Gülər ötən ilin yayında "Fənərbağça"dan "Real"a keçib. O, mövsümün əvvəlində aldığı zədələr səbəbindən cəmi 7 oyun keçirib və 1 qola imza atıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm