İdman
Səsvermənin nəticələri açıqlandı: Maaşlara limit tətbiq ediləcək
İngiltərə Premyer Liqası (İPL) klublarının əksəriyyəti çempionatda maaş limitinin tətbiq edilməsinə səs verib.
Publika.az xəbər verir ki, təklif 20 klubdan 16-sı tərəfindən dəstəklənib. “Mançester Siti”, “Mançester Yunayted” və “Aston Villa” buna qarşı çıxıb, “Çelsi” isə bitərəf qalıb. Bu barədə BBC məlumat yayıb.
Yeni modelin iyun ayında keçiriləcək illik toplantıda təqdim ediləcəyi gözlənilir. Məhdudiyyətlər klubların transferlərə, maaşlara və agentlərə ödənişlərə xərcləmələrinə təsir edəcək. Təsdiq olunarsa, qərar 2025/26 mövsümündən qüvvəyə minəcək.
Liqanın hazırkı maliyyə qaydaları klublara üç mövsüm ərzində 105 milyon funt sterlinqə qədər zərər etməyə icazə verir. "Everton" və "Nottinqem Forest" bu mövsüm pozuntuya görə müvafiq olaraq 8 və 4 xal cərimələniblər. Bu sistem tənqidlərə məruz qalıb və mövcud şərtlərin ən yüksək gəlirli klublara üstünlük verdiyini göstərib.
Heybət
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI