Fransada futbolçular silahlı hücuma məruz qaldılar
Bizi izləyin

İdman

Fransada futbolçular silahlı hücuma məruz qaldılar

Fransanın "Marsel" klubunun 3 futbolçusu - Jan Onana, Faris Mumbanya və Bamo Meyte silahlı hücuma məruz qalıblar.

Publika.az xəbər verir ki, hadisə Fransa çempionatında "Havr"la səfər oyunundan (2:1) sonra baş verib. Bu barədə "La Provence" məlumat yayıb.

Mənbənin sözlərinə görə, insident futbolçuların maşınları ilə klubun məşq mərkəzindən ayrılarkən baş verib. Futbolçular hadisə yerindən uzaqlaşa bilsələr də, onlara bir neçə dəfə atəş açılıb. Güllələrdən ikisi bir avtomobilin sürücü tərəfdən qapısına, daha biri isə digər avtomobilin yük yerinə dəyib.

Hücum edən şəxslərin avtomobil oğruları olduğu güman edilir. Polis onların axtarışına başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm