Makron əl çəkmir: Mbappeyə görə "Real"a ağız açacaq
Bizi izləyin

İdman

Makron əl çəkmir: Mbappeyə görə "Real"a ağız açacaq

Fransa prezidenti Emmanuel Makron "Real"ın rəhbəri Florentino Pereslə görüşəcək.

Publika.az xəbər verir ki, o, ispaniyalı funksioner ilə fransalı hücumçu Kilian Mbappenin Paris Olimpiadasındakı çıxışını müzakirə edəcək. Bu barədə "RMC Sport" məlumat yayıb.

Makron Peresdən Mbappeni Olimpiadaya buraxmağı xahiş edəcək. Ancaq onun müsbət cavab alacağı real görünmür.

Fransa daha əvvəl də bu yöndə açıqlamalar vermişdi. Hətta Mbappenin PSJ-də qalacağını zənn edərək Paris klubunun prezidenti Nasser Əl-Xelaifi ilə bu barədə müzarkirə aparmışdı.

Qeyd edək ki, Mbappe PSJ-ni tərk edəcək. 25 yaşlı hücumçunun azad agent kimi “Real”a keçəcəyi gözlənilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm