48 illik karyerasında ilk yaşadı
Bizi izləyin

İdman

48 illik karyerasında ilk yaşadı

“Atalanta” Avropa Liqasının finalında “Bayer Leverkuzen”i (3:0) məğlub edib.

Publika.az xəbər verir ki, Berqama klubunun baş məşqçisi Can Pyer Qasperini 66 yaş 117 günlüyündə (turnirin adı dəyişdirildikdən sonra) Avropa Liqasını qazanan ən yaşlı məşqçi olub. Əvvəlki nailiyyət keçən mövsüm "Sevilya" ilə turnirin qalibi olanda 62 yaş 78 günlük olan Xose Luis Mendilibara məxsus idi.

Qasperini üçün bu kubok onun 48 illik karyerasında (futbolçu və məşqçi kimi) ilk titul kimi əlamətdar olub.

Qeyd edək ki, təcrübəli mütəxəssis 2016-cı ildən "Atalanta"ya rəhbərlik edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm