Təcavüzə görə azadlıqdan məhrum edildi, həbsxanada görün hansı peşəni öyrənir
Bizi izləyin

İdman

Təcavüzə görə azadlıqdan məhrum edildi, həbsxanada görün hansı peşəni öyrənir

Braziliya millisinin, "Realın" və "Mançester Siti"nin sabiq hücumçusu Robinyo qrup şəklində təcavüzdə təqsirli bilinib və indi vətənində 9 illik həbs cəzasını çəkir.

Publika.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu Sao Paulodakı Tremembe həbsxanasındakı günlərini boş keçirmir. Artıq yeni bir peşə öyrənməyə başlayıb.

Robinoy məişət əşyalarını düzəltməyi öyrənmək ümidi ilə indi elektronika kursunda təhsil alır. Robinyonun vəkili Mario Rosso Vale müvəkkilinin dəmir barmaqlıqlar arxasındakı davranışı barədə “The Sun”a danışıb.

“Robinyo başını aşağı salır və hər şeylə sakit davranır... O, nümunəvi məhbusdur. Digər məhbuslarla heç bir problemi olmayıb”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm