Bu millidə növbəti itki: O da Avro-2024-ü buraxacaq
Bizi izləyin

İdman

Bu millidə növbəti itki: O da Avro-2024-ü buraxacaq

Avropa çempionatında iştirak edəcək Niderland millisi daha bir şok itki ilə üzləşib.

Publika.az xəbər verir ki, yarımmüdafiəçisi Ten Koepmeynners Almaniyada keçiriləcək turniri buraxacaq. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb. "Atalanta"nın 26 yaşlı futbolçusu ötən gün İslandiya ilə yoldaşlıq görüşündən (4:0) əvvəl isinmə hərəkətləri zamanı zədələnib.

Onun yerinə Dortmund "Borussiya"sının müdafiəçisi Yan Matsen milliyə çağırılıb.

Qeyd edək ki, "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq da zədə səbəbindən Avro-2024 də iştirak etməyəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm