İdman
“Fırtınalar meydanı”nda mövsümün rekordu
Azərbaycan Premyer Liqansının XX turunda mövsümün rekordu qeydə alınıb. Publika.az xəbər verir ki, bu tur azarkeş sayına görə birinci olub.
Belə ki, 5 qarşılaşmanı 16100 nəfər izləyib. Bu isə hər matça orta hesabla 3220 nəfər deməkdi. Ən çox fanat "Xəzər Lənkəran" - "Neftçi" oyunun izləyib - 11000 nəfər. AZAL - "Sumqayıt" oyunu isə turun ən az marağa səbəb olan matçı olub - 300 nəfər.
Xəzər Lənkəran - Neftçi (11.000 tamaşaçı)
Qəbələ - Qarabağ (2800 tamaşaçı)
Simurq - Bakı (1500 tamaşaçı)
Rəvan - İnter (500 tamaşaçı)
AZAL - Sumqayıt (300 tamaşaçı)
"Xəzər Lənkəran" - "Neftçi" oyunu mövsümün həm də ən çox tamaşaçı toplaşan oyunu olub. Bundan əvvəlki rekord da "Böyük oyun"da qeydə alınmışdı. Belə ki, IV turda Lənkəranda baş tutmuş qarşılaşmanı 10 min nəfər izləmişdi. Ötən turun "Sumqayıt" - "Qəbələ" oyununda isə mövsümün antirekordu qeydə alınıb - 100 nəfər.
Ümumilikdə 20 turun 100 oyununu 162550 nəfər izləyib. Bu hər matçda orta hesabla 1625 nəfər olması deməkdi.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC

































