Bunu düzgün hesab etmir: Onu Messi ilə müqayisə etməyin
Bizi izləyin

İdman

Bunu düzgün hesab etmir: Onu Messi ilə müqayisə etməyin

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın 16 yaşlı cinah oyunçusu Lamin Yamalın Lionel Messi ilə müqayisəsindən danışıb.

Publika.az xəbər verir ki, o, bunun düzgün olmadığını bildirib:

“Ümumiyyətlə, Yamalı hər kəslə, xüsusən də Messi ilə müqayisə etmək səhvdir. Ən yaxşısı odur ki, Lamin istedadlı gəncdir. Sakit qalmaq və onun istedadının təbii inkişafını davam etdirmək son dərəcə vacibdir.

Lamini çoxdan tanıyıram. Biz onunla uzun müddətdir işləyirik. Hər məşqdə təəccübləndirməyi bacarır. Amma qeyd etməliyəm ki, onun xüsusi istedadına baxmayaraq, təvazökarlığı və düzgün münasibəti diqqət çəkir. Biz ona kömək edəcəyik, onu qoruyacağıq, çünki o, nə qədər yaxşı futbolçu olsa da, hələ inkişafının ilkin mərhələsindədir”.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun Xorvatiya ilə oyununda (3:0) Yamal assist edib və 16 yaş 338 günlüyündə Avropa çempionatları tarixində ən gənc assistent olub. Yamal həm də turnirdə meydana çıxan ən gənc futbolçudur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm