“Bayer” “Bavariya”nın təklifini rədd etdi: İki dəfə artırın
Bizi izləyin

İdman

“Bayer” “Bavariya”nın təklifini rədd etdi: İki dəfə artırın

“Bavariya” müdafiəçi Conatan Ta üçün “Bayerə” ilk təklifini edib, lakin rədd cavabı alıb.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin məlumatına görə, münhenlilər aparıcı müdafiəçi üçün hazırkı çempionlara 20 milyon avrodan az təklif edib. “Əczaçılar” Tanı 40 milyon avroya satmağa hazırdırlar və oyunçunu cəmisi 20 milyon avroya rəqiblə verməyə razı deyillər.

Bundesliqada keçən mövsüm Ta 31 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib, Leverkuzen klubunun ilk dəfə Almaniya çempionu olmasına kömək edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm