Superkompüter Avro 2024-ün əsas favoritlərinin adını açıqladı
Bizi izləyin

İdman

Superkompüter Avro 2024-ün əsas favoritlərinin adını açıqladı

"Opta" superkompüteri Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 16 milli komandanın qalib olmaq şansını hesablayıb.

Publika.az xəbər verir ki, Avro-2024-ün əsas favoriti İngiltərə yığmasıdır. "Üçaslanlar"ın qalib olmaq şansı 20% qiymətləndirilir. Həmçinin, çempionluğa iddialı "ilk 5"-likdə İspaniya (17,2%), Almaniya (15,8%), Fransa (13,4%) və Portuqaliya (8,3%) yer alıb.

Qonşularımızdan Türkiyənin şansı 1,8%, Gürcüstanın isə 0,3%-dir.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm