Bellinqem Sloveniya ilə matçda Keyni söyüb - Şok faktlar açıqlandı
Bizi izləyin

İdman

Bellinqem Sloveniya ilə matçda Keyni söyüb - Şok faktlar açıqlandı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Sloveniya ilə oyunu zamanı komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib.

Publika.az xəbər verir ki, bu barədə dodaq oxuma üzrə ekspert Ceremi Friman açıqlama verib.

Frimanın sözlərinə görə, Bellinqem bunları deyib: “Hey, həqiqətən, #####, keç onu! Topu saxlamaq üçün çox gecdir, #####, ötür!”

Bunlar Sloveniya ilə matçın birinci yarısının sonlarına yaxın olub. Oyun isə 0:0 hesabı ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm