Ələsgərov yenidən “Qəbələ”də
Bizi izləyin

İdman

Ələsgərov yenidən “Qəbələ”də

"Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündən I Liqada çıxış edəcək “qırmızı-qaralar” Salman Ələsgərovla anlaşıb.

23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

"Qəbələ" Akademiyasının yetirməsi olan müdafiəçi 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib.

O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. S.Ələsgərov karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib, Azərbaycanın U-18 millisinə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm