Avro-2024-də qalmaqal: Stüardlar azarkeşi döydü - VİDEO
Bizi izləyin

İdman

Avro-2024-də qalmaqal: Stüardlar azarkeşi döydü - VİDEO

Avropa çempionatının 1/8 finalı çərçivəsində baş tutan Portuqaliya - Sloveniya oyununda qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, təhlükəsizliyə cavabdeh olan stüardlar azarkeşi döyüb. Hadisənin görüntülərini "Record Portugal" X sosial şəbəkəsində paylaşıb.

UEFA hadisəni nəzarətə götürüb. Qurum rəsmi açıqlama vermədən araşdırma aparır.

Qeyd edək ki, sözügedən matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında Portuqaliya millisi 3:0 hesabı ilə qalib gəlib. Prineylilər 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm