Rəsmi xronika
Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kir Starmeri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri təyin ediməsi münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Birləşmiş Krallıq ilə ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.
Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO
-
MDB12:01Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb: Yazıçı olub, məşhurlaşıb və...
-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir








.jpg)


























