İdman
Türkiyə-Almaniya münasibətləri gərginləşdi: "Bozqurd" sevincindən sonra
Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya - Türkiyə matçında (1:2) dubl müəllifi olan Merih Demiralın qol sevinci zamanı "bozqurd" işarəsi göstərməsi Avropada böyük səs-küyə səbəb olub.
Publika.az xəbər verir ki, türkiyəli futbolçunun jesti rəsmi Ankara ilə Berlin arasında gərginlik yaradıb. Dünən Türkiyənin Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırmasından sonra qarşı tərəf bu gün eyni addımı atıb.
Almaniya Daxili İşlər Naziri Nensi Faeserin “Türk ifrat sağçılarının işarələrinə stadionlarımızda yer yoxdur” deməsi və UEFA-ya sanksiya çağırışından sonra dünən Almaniyanın Ankaradakı səfiri Yurgen Şuls XİN-ə çağırılıb.
Bu gün Almaniya Xarici İşlər Nazirliyinin Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şeni nazirliyə çağırdığı açıqlanıb. Almaniya XİN-in sözçüsü bildirib ki, səfir “bozqurd” işarəsinə görə çağırılıb.
Qeyd edək ki, UEFA da futbolçunun qol sevincinə görə intizam işi açıb.
Heybət
-
İdman22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT