Klublarımız qalib gəldi, Azərbaycan UEFA reytinqində irəlilədi
Bizi izləyin

İdman

Klublarımız qalib gəldi, Azərbaycan UEFA reytinqində irəlilədi

Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycanın "Zirə" və "Sabah" klublarının Konfrans Liqasındakı qələbəsi ölkəmizə daha 0,500 xal (hər qələbə 0,250 xal ) qazandırıb. Bununla da xalını 17,750-yə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və 24-cü yerə yüksəlib.

23-cü yerdəki Rusiyanın 18,299, 25-ci sıradakı Slovakiyanın isə 17,500 xalı var.

Siyahıya İngiltərə (89.160) başçılıq edir.

Qeyd edək ki,"Zirə" DAK 1904"ə 4:0, "Sabah" "Makkabi"yə (Hayfa) 3:0 hesabı ilə qalib gəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm