Paris-2024-ün açılış mərasimində kim çıxış edəcək? - Sürpriz olacaq
Bizi izləyin

İdman

Paris-2024-ün açılış mərasimində kim çıxış edəcək? - Sürpriz olacaq

Selin Dion və Ledi Qaqa Parisdə Olimpiya Oyunlarının açılışında çıxış edə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə RMC-nin jurnalisti Thierry Moreau məlumat verib.

Mənbənin sözlərinə görə, müğənnilər Edit Piafın “La vie en rose” mahnısını duet şəklində məşq ediblər.

Dion özü sosial şəbəkələrdə Parisdən Luvrun şüşə piramidasının yanında çəkilmiş şəklini palyaşıb. Lakin mərasimin təşkilatçıları hələ ki, onun iştirakını rəsmən təsdiqləməyib, yalnız tədbirin sonunda “sürprizlərin” gözlənildiyini bildiriblər.

Qeyd edək ki, Dion 2022-ci ildə dünya turunu ləğv etdiyi və sərt əzələ sindromu diaqnozu qoyulduğunu elan etdiyi vaxtdan bəri ilk dəfə səhnəyə çıxacaq.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi bu gün saat 21:30-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm