Paris-2024-də daha bir qalmaqal: Hicaba görə açılış mərasiminə buraxılmadı
Bizi izləyin

İdman

Paris-2024-də daha bir qalmaqal: Hicaba görə açılış mərasiminə buraxılmadı

Fransalı qadın idmançı Sunkamba Silla hicabına görə Paris Olimpiadasının açılış mərasimində iştirakına qadağa qoyulduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. “Ölkənizin təşkil etdiyi Olimpiadaya vəsiqə qazandınız, lakin baş örtüyündə olduğunuz üçün açılış mərasimində iştirak edə bilməzsiniz”, - deyə Silla bildirib.

Fransada qadın idmançıların yarışlar zamanı hicab geyinməsi qanunla qadağan edilib.

"Le Parisien"in iddiasına görə, fransalı qaçışçıya başını tamamilə örtən xüsusi papaq taxacağı təqdirdə mərasimdə iştirak edə biləcəyi barədə məlumat verilib.

Qeyd edək ki, Silla qarışıq estafet yarışlarında 4x400 metr məsafəyə yarışır.

Olimpiadanın açılış mərasimi bu gün saat 21:30-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm