Paris-2024-də bərbad təşkilatçılıq: Nə su var, nə də...
Bizi izləyin

İdman

Paris-2024-də bərbad təşkilatçılıq: Nə su var, nə də...

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qonaqları içməli su və nəqliyyat çatışmazlığı ilə üzləşiblər.

Publika.az xəbər verir ki, bu barədə ölkəyə səfər edən KİV-lər məlumat yayıb.

Olimpiadada qonaqların əsas probleminin nəqliyyatla bağlı olduğu bildirilir. Qeyd olunur ki, hava limanlarından xüsusi transferlər yoxdur, metronun bir çox stansiyalarında eskalatorlar işləmir. Küçələrdə dilənçilərin çox olduğu, təhlükəsizlik hissi olmadığı da qeyd olunur.

“Fransa indiyə qədər yarışda iştirak etmək istəyənləri qarşılamaq üçün çoxlu pul xərclədiyini israr edir. Lakin media nümayəndələri və qonaqların hətta içməli su ilə bağlı problemləri var”, - deyə həmkarlarımız bildirirlər.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm