FİFA Olimpiadanın qalmaqallı oyunu ilə bağlı hərəkətə keçdi
Bizi izləyin

İdman

FİFA Olimpiadanın qalmaqallı oyunu ilə bağlı hərəkətə keçdi

FİFA İntizam Komitəsi Argentina və Mərakeş milli komandaları arasında Olimpiya Oyunlarının futbol turnirinin qrup mərhələsi oyunu zamanı mümkün pozuntuları araşdırmaq üçün ekspert təyin edəcək.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat yaxın vaxtlarda FİFA-ya veriləcək.

Xatırladaq ki, 90+16-cı dəqiqədə argentinalılar hesabı bərabərləşdiriblər (2:2), bundan sonra mərakeşli azarkeşlər iğtişaşlara başlayıb. Nəticədə hakim komandaları paltardəyişmə otağına göndərməli olub.

İki saat sonra oyun bərpa edilib və baş hakim VAR-a baxdıqdan sonra qolu ləğv edib. Oyun sonda Argentinanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm