Bu ölkə Paris-2024-də verilən yeməklərdən imtina etdi
Bizi izləyin

İdman

Bu ölkə Paris-2024-də verilən yeməklərdən imtina etdi

Böyük Britaniyalı idmançılar Paris-2024-ün Olimpiya kəndindəki restoranlarında yeməkdən imtina ediblər.

Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

İdmançılar bəzi qidaların - yumurta, toyuq, müəyyən karbohidratların azlığından narazıdırlar. Yeməyin keyfiyyəti də onları qane etmir. İdmançılara pis bişmiş ət verildiyi bildirilir.

Növbəti bir neçə gündə bu problem aradan qaldırılmayacağı halda, imtinanın Olimpiadanın sonuna qədər davam edəcəyi vurğulanıb. Britaniyalı idmançılar Klişidəki assosiasiya mərkəzində yeməyə üstünlük verirlər. Eyni zamanda, qida rasionuna nəzarət etmək üçün başqa aşpazın dəvət edilməsi də planlaşdırılır.

Təqribən 50 ölkə Olimpiadanın təşkilindən narazılığını bildirib. İdmançılar xidmətdən, nəqliyyatda tıxacdan və quldurluqdan narazıdırlar.

Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq. Oyunların açılış mərasimi isə bu gün baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm