Olimpiadanın açılış günü Parisdə təxribat oldu, ara qarışdı: Bu sistem çökdü - VİDEO
Bizi izləyin

İdman

Olimpiadanın açılış günü Parisdə təxribat oldu, ara qarışdı: Bu sistem çökdü - VİDEO

Fransanın yüksəksürətli dəmiryolu şəbəkəsi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış sistemdə fasilələrə səbəb olan yanğın da daxil olmaqla təxribat aktlarına məruz qalıb.

Publika.az xəbər verir ki, təhqiqata yaxın mənbə bildirib ki, hücumlar əlaqələndirilmiş təxribat aktlarıdır.

“Bu, yüksək sürətli qatar şəbəkəsini iflic etmək üçün genişmiqyaslı hücumdur. Yanğın hücumları obyektlərimizə ziyan vurmaq üçün başladılıb”, - deyə Fransanın əsas sərnişin dəmiryolu operatoru AFP-yə bildirib.

Zədələnmiş xətlərdə hərəkət ciddi şəkildə pozulub və təmir işləri həftənin sonuna kimi davam edəcək. Qatarlar başqa relslərə yönəldilib, lakin bir çox marşrutlar ləğv edilib. Operator sərnişinləri planlaşdırılan səfərləri təxirə salmağa çağırıb.

Qedy edək ki, Olimpiadanın açılış mərasimi bu gün Sena çayında baş tutacaq. Tədbir Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm