Paris-2024-ün təşkilatçılarından anormal addım: Ənənə pozuldu
Bizi izləyin

İdman

Paris-2024-ün təşkilatçılarından anormal addım: Ənənə pozuldu

Parisdə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi heç bir izahat vermədən açılış mərasimindən əvvəl keçirilən ənənəvi mətbuat konfransını ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatçılar press-relizdə məlumat veriblər.

Əvvəlcə mətbuat konfransı yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 11:30) baş tutmalı idi. Lakin başlamazdan bir saat əvvəl onun ləğv olunduğu məlum olub. Ləğv edilməsinin səbəbləri məlum deyil.

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Tədbir Sena çayı üzərində təşkil ediləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm