Fələstin BOK-u ikili standartlarda ittiham etdi
Bizi izləyin

İdman

Fələstin BOK-u ikili standartlarda ittiham etdi

Fələstin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Cibril Racub Beynəlxalq Olimpiya Komitəsini (BOK) İsrail idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına icazə verdiyinə görə ikili standartlarda ittiham edib.

Publika.az xəbər verir ki, Fələstin Olimpiya Komitəsi BOK-un prezidenti Tomas Baxa rəsmi məktub göndərərək, İsrailin Olimpiya barışıq müqaviləsini pozduğuna görə Olimpiadada iştirakdan məhrum edilməsini tələb etsə də, cavab mənfi olub.

“Bu, ikili standartlarda israr edən və Olimpiya Xartiyasına, qanunlara, qaydalara və əxlaqa əməl etməyən beynəlxalq qurumların olduğunu təsdiqləyir”, – deyə “InsideTheGames” Racubdan sitat gətirib.

Fələstin MOK rəhbəri İsrailin Qəzzanı bombalamasını “soyqırımı və etnik təmizləmə cinayətləri” adlandıraraq, “İsraillilər və ya İsrail Olimpiya Komitəsi mənəvi, idman, humanitar və qanuni iştirak hüquqlarını itiriblər” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm