Paris-2024: Dopinqə görə ilk diskvalifikasiya
Bizi izləyin

İdman

Paris-2024: Dopinqə görə ilk diskvalifikasiya

İraqlı cüdoçu Sehen Saccad (81 kq) antidopinq qaydalarını pozduğuna görə, Paris-2024 Yay Olimpiya Oyunlarından diskvalifikasiya edilib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi məlumat yayıb.

Bu, Oyunlarda ilk dopinq cəzasıdır.

28 yaşlı idmançının iyulun 23-də verdiyi test müsbət olub. Onun qanında qadağan olunmuş metandion və boldenon maddələri tapılıb.

Saccad olimpiadanın 1/16 finalında özbəkistanlı Şarofiddin Boltobayevlə qarşılaşmalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm