Murad Musayev “Neftçi”nin sabiq futbolçusunu istəyir?
Bizi izləyin

İdman

Murad Musayev “Neftçi”nin sabiq futbolçusunu istəyir?

“Krasnodar” “Neftçi”nin sabiq, “Partizan”ın hazırkı futbolçusu Mateus Saldanyanı transfer edə bilər.

Publika.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiya klubunun baş məşqçisi Murad Musayev Azərbaycanda, “Sabah”da çalışdığı vaxtdan tanıdığı Saldanyanı komandasında görmək istəyir. “Buğalar”ın 24 yaşlı forvarda görə “Partizan”a 7 milyon avro və 2 milyon avroya çata biləcək bonuslar təklif etdiyi də iddia olunur.

Braziliyalı futbolçunun agenti Qustavo Martinez isə Rusiya mətbuatına açıqlamasında müştərisinin təklif almadığını bildirib:

“İndiyə qədər “Krasnodar”dan heç kim bizimlə əlaqə saxlamayıb. Onların birbaşa klubla əlaqə qurub-qurmadıqlarını bilmirəm, amma “Krasnodar” haqqında heç kimdən heç nə eşitməmişəm”.

Qeyd edək ki, “Partizan”da 37 matçda 21 qol vuran Saldanya ilə BƏƏ-nin “Əl-Cəzirə” klubu da maraqlanır.

Əlavə edək ki, braziliyalı futbolçu 2023-cü ildə icarə əsasında “Neftçi”də çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm