Konqo millisinin futbolçusu “Qəbələ”də
Bizi izləyin

İdman

Konqo millisinin futbolçusu “Qəbələ”də

Konqo millisinin futbolçusu “Qəbələ”də

“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm