İdman
Qalmaqallı oyunçu 29 yaşında öldü
“Memfis Qrizliz”in hücumçusu Brendon Klark vəfat edib. Basketbolçunun 29 yaşı var idi.
Publika.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölüm səbəbi açıqlanmayıb. Klubun bəyanatında deyilir:
“Biz Brendon Klarkın faciəvi itkisi səbəbilə dərin kədər hissi keçiririk. Brendon möhtəşəm komanda yoldaşı və bundan da önəmlisi, daha gözəl insan idi. Onun təşkilata və Memfis ictimaiyyətinə təsiri heç vaxt unudulmayacaq. Bu ağır dönəmdə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Brendon Klark 2019-cu ildə NBA draftında 21-ci seçim kimi seçilmişdi. O, “Memfis Qrizliz”də keçirdiyi 7 mövsüm ərzində hər oyunda orta hesabla 10,2 xal və 5,5 ribaund göstəricisi ilə yadda qalıb.
Ötən ay Klark Arkanzas ştatında saxlanılmışdı. İddialara görə, o, yüksək sürətli təqibə səbəb olmuş, daha sonra hüquq-mühafizə orqanları tərəfindən tutulmuşdu. Basketbolçuya kratom maddəsinin saxlanılması və yayılması, həmçinin qaçmağa cəhd ittihamları irəli sürülmüşdü.
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq



































