Bu gözəl futbolçu həyat yoldaşına ən çətin anlarda belə dəstək olur - FOTOLAR
Bizi izləyin

İdman

Bu gözəl futbolçu həyat yoldaşına ən çətin anlarda belə dəstək olur - FOTOLAR

2022-ci ildə “Mançester Yunayted”ə keçən Kazemironun İngiltərə klubunda işləyirinin yaxşı getmədiyini söyləmək olar. "Liverpul" ilə matçdan sonra komandanın 2 qol buraxmasına səbəb olduğu üçün ümumiyyətlə sərt tənqidlərə məruz qaldı.

Həyat yoldaşı Anna Mariana isə sosial şəbəkələrdə braziliyalını müdafiə edib.

Annanın 35 yaşı var. O, Kazemirodan üç yaş böyükdür. Futbolçu gələcək həyat yoldaşı ilə peşəkar karyerasına yeni başlayanda tanış olub. 2010-cu ildə 18 yaşında "San Paulo"da debüt etdi. 2013-cü ildə braziliyalı futbolçu "Real" ilə müqavilə bağlayıb və sevgilisi ilə birlikdə Madridə köçüb.

2014-cü ildə cütlük evlənib. 22 yaşlı Kazemiro həmin vaxt "Real"da əsas heyət üzvünə çevrilməyə başlayırdı. 2016-cı ildə cütlüyün Sara adlı qızı, 2021-ci ildə isə Kayo adlı oğlu dünyaya gəlib.

Anna Mariana Kazemironun demək olar ki, bütün oyunlarında iştirak edir. Həm klub matçlarında, həm də Braziliya millisinin böyük turnirlərdəki oyunlarında stadionda olur.

İngiltərə idman mediası Kazemironu "Mançester Yunayted"in "Liverpul"a məğlubiyyətinin əsas günahkarı kimi göstərdikdən sonra həyat yoldaşı onun qazandığı kubokların fotosunu sosial mediada paylaşıb. Ümumiyyətlə braziliyalı futbolçu həmişə evdə dəstək və sevgi ilə əhatə olunur. Bu da onun işinə və xarakterinə müsbət təsir edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm