Endrik "Real"ın tarixinə düşdü: Raulu 29 il sonra taxtdan saldı
Bizi izləyin

İdman

Endrik "Real"ın tarixinə düşdü: Raulu 29 il sonra taxtdan saldı

"Real"ın hücumçusu Endrik Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "Ştutqart"la oyunda (3:1) qol vurub.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu 90+5-ci dəqiqədə fərqlənib. 18 yaş 58 günlük olan Endrik Çempionlar Liqası tarixində Madrid klubunda qol vuran ən gənc oyunçu olub.

Forvard 1995-ci ildə 18 yaş 113 günlük olarkən "Ferensvaros"a qarşı matçda het-trik edən Raul Qonsalesin rekordunu geridə qoyub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm