"Tottenhem"ə bəd xəbər: Braziliya millisinin üzvü "Qarabağ"a qarşı oynamayacaq
Bizi izləyin

İdman

"Tottenhem"ə bəd xəbər: Braziliya millisinin üzvü "Qarabağ"a qarşı oynamayacaq

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Tottenhem”in zədəli futbolçularının durumu müəyyənləşib.

Publika.az xəbər verir ki, “mahmızlar”ın iki futbolçusu sıraya dönüb. Bunlar niderlandlı müdafiəçi Mikki van de Ven və hücumçu Dominik Solankedir. Hər iki futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Onlardan fərqli olaraq yarımmüdafiəçi Yves Bissuma və hücumçu Rişarlison zədələrini sağalda bilmirlər. Braziliya millsiinin üzvü olan sonuncunun ən yaxşı halda sentyabrın sonlarında komandaya qoşulması gözlənilir. Bu isə o deməkdir ki, ulduz futbolçu böyük ehtimalla “Qarabağ”la görüşü buraxacaq. Bissumanın durumu isə qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, ilk tur çərçivəsində Londonda baş tutacaq “Tottenhem” - “Qarabağ” oyunu sentyabrın 26-da keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm