Usik Polşada saxlanıldı: Ara qarışdı, Zelenski qəzəbləndi
Bizi izləyin

İdman

Usik Polşada saxlanıldı: Ara qarışdı, Zelenski qəzəbləndi

Məşhur ukraynalı boksçu Aleksandr Usik sentyabrın 17-də axşam saatlarında Polşada, Krakov hava limanında saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ukraynalı idmançı və siyasətçi Jan Belenyuk məlumat verib.

Daha sonra Usikin həyat yoldaşı Yekaterina boksçu ilə hər şeyin yaxşı olduğunu söyləyib. Onun sözlərinə görə, cinayət hadisəsi baş verməyib və idmançı tezliklə hər şeyə özü aydınlıq gətirəcək. Tezliklə Ukrayna prezidenti Vladimir Zelenski Usiklə telefon danışığı apardığını, bundan sonra boksçu sərbəst buraxıldığını bildirdi.

“Vətəndaşımıza və çempionumuza qarşı bu münasibət məni qəzəbləndirdi” deyən dövlət başçısı Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkoya vəziyyəti araşdırmağı tapşırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixi bildirib ki, departament Usıkin saxlanılması ilə bağlı Polşaya etiraz etmək niyyətindədir. O vurğulayıb ki, Kiyev boksçuya göstərilən münasibəti “qəti şəkildə qəbul etmir”.

Krakov hava limanının sözçüsü Nataliya Vinsin “Interia” portalına verdiyi məlumata görə, Usiki aviaşirkətin nümayəndəsi uçuşa buraxmayıb. Onun sözlərinə görə, vəziyyətə hava limanının təhlükəsizlik xidməti, eləcə də sərhəd mühafizə xidməti müdaxilə edib.

Öz növbəsində, “Onet” portalı idman promouteri Anjey Vasilevskiyə istinadən aydınlaşdırdı ki, Usik avtomobillə Kiyevdən Krakova gəlib və oradan İspaniyaya təlim-məşq toplanışı üçün uçmağa hazırlaşıb.

Naməlum səbəblərdən boksçunu müşayiət edən şəxs təyyarəyə buraxılmayıb. Usik tək uçmaqdan imtina edib və həmkarının həbsinə müqavimət göstərməyə başlayıb.

Usik daha sonra Krakov hava limanında saxlanmasını şərh edərək , "hər şeyin qaydasında olduğunu" deyib və hadisəni "tezliklə həll olunan anlaşılmazlıq" adlandııb.

“Dostlar, hər şey yaxşıdır. Tez bir zamanda aradan qaldırılan bir anlaşılmazlıq oldu. Narahat olan hər kəsə təşəkkürlər. Dəstəklərinə görə ukraynalı diplomatlara təşəkkür edirik. Hündürlüyünə, çəkisinə, qollarının uzunluğuna və geyiminə baxmayaraq öz vəzifələrini yerinə yetirən Polşa hüquq-mühafizə orqanlarının əməkdaşlarına hörmətlə yanaşırıq”, - Usik sosial şəbəkədə yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm