Əfsanənin futbolçu qızı: Dünya ulduzlarından çox qazanır - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanənin futbolçu qızı: Dünya ulduzlarından çox qazanır - FOTOLAR

ABŞ-ın qadınlardan ibarət milli futbol komandası bu yayda tarixdə beşinci, 2012-ci ildən sonra isə ilk dəfə Yay Olimpiya Oyunlarının qalibi olub. Komanda Paris-2024-də 12 qol vurub. Onların 1/4-i NBA əfsanəsinin qızı - Triniti Rodman vurmuşdu. Gəlin onunla tanış olaq.

Triniti 2002-ci ilin mayın 20-də Kaliforniya ştatının Nyuport Biç şəhərində anadan olub. Onun atası beşqat NBA çempionu, Çikaqonun bütün ulduzlar siyahısının ayrılmaz hissəsi, basketbol şöhrət zalının üzvü və NBA tarixinin ən mübahisəli oyunçularından biri Dennis Rodmandır. Anası isə teleaparıcı və müğənni Mişel Moyerdir.

2004-cü ildə Trinitinin valideynləri ayrılıb. Onlar bir neçə dəfə bir araya gəlməyə çalışıblar. Lakin 2012-ci ildə rəsmi olaraq boşanıblar.

Triniti 4 yaşından top təpikləməyə başlayıb. 2021-ci ildə o, ilk peşəkar müqaviləsini imzalayıb. Debüt mövsümündə "Vaşinqton Spirit" üçün 8 qol vurub. Bunun nəticəsində Liqanın ulduzlar komandasına seçilib və ən yaxşı yeni oyunçu mükafatını alıb.

Artıq 20 yaşında Triniti liqada ən çox maaş alan qadın futbolçu olub. O, qadın futbolunun ulduzları Meqan Rapinoe və Aleksis Morqandan daha çox qazanmağa başlayıb. Onun "Vaşinqton"la 2022-ci ildə imzalanmış 4 illik müqaviləyə əsasən illik maaşı 281 min dollardır.

2023-cü ildə isə Rodman ABŞ Milli Qadınlar Futbol Liqasında rekorda imza atıb: 13 qol vurub və 10 məhsuldar ötürmə edib. O, mövsümdə 10+10 qol nəticəsinə nail olan ən gənc oyunçu olub.

Triniti 2022-ci ildə ABŞ millisində debüt edib. Eyni zamanda, Rodman KONKAKAF Qızıl Kubokunun və 2024-cü il Olimpiya Oyunlarının qızıl medallarını qazanıb.

Onun karyerasını artıq fantastik adlandırmaq olar. Yəqin ki, basketbolun əfsanəsi Dennis Rodman futbolçu qızı ilə fəxr edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm