Əsrin ən yaxşıları onlar seçildi
Bizi izləyin

İdman

Əsrin ən yaxşıları onlar seçildi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Maqnus Karlseni əsrin ən yaxşı kişi qrossmeysteri mükafatına layiq görüb.

Publika.az xəbər verir ki, 33 yaşlı norveçli şahmatçı FİDE-nin reytinq cədvəlinin lideridir. 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və 4 dəfə bu titulu qoruyub. Karlsen ən uzun müddət dünya çempionu olub.

Macarıstanlı Judit Polqar əsrin ən yaxşı qadın şahmatçısı kimi tanınıb. O, 1989-2015-ci illərdə FİDE-nin həmcinsləri üzrə reytinq cədvəlində birinci olub. Macarıstanlı şahmatçı 2014-cü ildə karyerasını başa vurub.

Sentyabrın 19-da FİDE-nin 100 illik yubileyi münasibətilə təntənəli şam yeməyi keçirilib. Sözügedən mükafatlar Karlsen və Polqara həmin tədbirdə təqdim olunub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm