"Qarabağ" "Neftçi"yə qarşı
Bizi izləyin

İdman

"Qarabağ" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçında “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.

Turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edəcək. Belə ki, son çempion “Qarabağ” doğma meydanda Azərbaycan derbisi çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sentyabr 22-də, sonuncu oyun günündə isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası: 7-ci tur

20 sentyabr

17:00 Kəpəz – Şamaxı

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Tovuz şəhər stadionu.

20:00 Qarabağ – Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

“Azersun Arena”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm