Yamal Çempionlar liqasının tarixinə düşdü
Bizi izləyin

İdman

Yamal Çempionlar liqasının tarixinə düşdü

"Barselona"nın futbolçusu Lamin Yamal Çempion Liqasında rekorda imza atıb.

Publika.az xəbər verir ki, o, turnirin 1-ci turunun "Monako" ilə oyununda (1:2) meydana çıxmaqla buna nail olub.

Bu, Yamalın Çempionlar Liqasında 11-ci oyunu olub. Matç zamanı 17 yaş 68 günlük olan ispaniyalı turnirdə 18 yaşa qədər futbolçuların matç sayına görə mütləq rekordçu olub. O, Cud Bellinqem, Yuri Tielemans və Uarren Zayre-Emerini (hamısı 10 oyun) qabaqlayıb.

O, həm də turnir tarixində ikinci ən gənc qolçudur. Birinci yerdə Çempionlar Liqasında 17 yaş 40 gündə debüt qolunu vuran Yamalın komanda yoldaşı Ansu Fati qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm