"Barselona"nın tarixinə anti-rekordla düşən futbolçu
Bizi izləyin

İdman

"Barselona"nın tarixinə anti-rekordla düşən futbolçu

"Barselona"nın müdafiəçisi Erik Qarsiya klubun tarixinə anti-rekordla düşüb.

Publika.az xəbər verir ki, ispaniyalı futbolçu buna UEFA Çempionlar Liqasının 1-ci turunun "Monako" ilə oyununda qırmızı vərəqə almaqla nail olub.

O, 10-cu dəqiqədə meydandan qovulub. Bununla da Qarsiya Çempionlar Liqası tarixində "Barselona"nın ən erkən qırmızı vərəqəsini alıb.

Qeyd edək ki, görüş "Monako"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm