İdman
Sabiq bir nömrədən tennisi dəyişəcək ideyalar
Dünyanın sabiq bir nömrəli tennisçisi Billi Cin Kinq bəzi tennis qaydalarını dəyişdirməyi təklif edib.
Publika.az xəbər verir ki, o, tennisdə dəyişməsini istədiyi 3 qayda olduğunu bildirib.
“Məndən daim sevimli oyunumuzun gələcəyi və bacarsaydım, bu barədə nəyi dəyişdirəcəyim barədə soruşurlar. Budur mənim fikirlərim. Onlardan bəziləri sizi təəccübləndirə bilər.
Əvvəla, xal sistemini bəyənmirəm, çünki tennisə yeni insanları, xüsusən də gəncləri cəlb etməyi çətinləşdirir. İnanıram ki, 15, 30, 40-ı silib 1, 2, 3, 4 etməliyik. Əgər iki xal fərqi ilə qalib gəlmək lazımdırsa, 3:3 hesabında belə olsun, amma gəlin 15, 30, 40-ı çıxaraq.
İkincisi, hər bir oyunçunun formasının üzərində ad və nömrə olmalıdır. Niyə? Çünki biz bütün digər idman növləri kimi oyunçularımızı təbliğ etməliyik. Basketbola, futbola, beysbola baxın – oyunçuların adı və nömrəsi var.
Üçüncüsü, mən istəyirəm ki, hamı “Böyük Dəbilqə” yarışlarında üç set oynasın. Və ya kişilər və qadınlar eyni sayda set oynamalıdırlar. Çünki gəlir media məzmunundan gəlir və buna görə də qadınlar həmişə kifayət qədər göstərilmir”, – amerikalı tennisçi sosial şəbəkələrdə yazıb.
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır








.webp)







.jpg)
.jpg)













.jpg)



