Dünya
Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
Türk turistləri rus yazıçısı Fyodor Dostoyevskiyə olan sevgilərindən dolayı Sankt-Peterburqa axın edirlər.
Publika.az xəbər verir ki, bu barədə şəhərin Xarici Əlaqələr Komitəsinin nümayəndəsi Apollinariya Avrutina "Delovoy Peterburq"a (DP) bildirib.
Onun sözlərinə görə, səyahətçilər Peterhof və Tsarskoye Selo şəhərlərini ziyarət etmək üçün Sankt-Peterburqa gəlməyə başlayıblar. Onlar həmçinin rus ədəbiyyatına həvəslidirlər, Türkiyədə böyük tirajlarla nəşr olunan Fyodor Dostoyevskinin əsərləri ilə yaxşı tanışdırlar. Avrutina Rusiyaya gələn türkləri orta təbəqənin ödəmə qabiliyyətinə malik turistləri kimi təsvir edib.
“Keçən il Türkiyəyə təxminən yeddi milyon rus səfər edib, lakin oradan Sankt-Peterburqa yalnız 70 min turist uçub. Buna görə də, axının artırılması üzərində işləməliyik. Bugünkü uçuş tezliyi əlverişli hava səyahətlərinə imkan verir", - deyə "Northern Capital Gateway" (Pulkovo Hava Limanının əməliyyat şirkəti) şirkətinin Aviasiya Ticarət direktoru Asiyat Xalvaşi bildirib.
Müəllif: Tural
-
Magazin212:28Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu - FOTO
-
MDB12:04"Yamal"ın təyyarəsini ildırım vurdu
-
MDB11:34Donbasa gedən əsas təminat yolu bağlanır? – Strateji körpüyə zərbə endirildi
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İqtisadi gündəm10:4210 ədədi 7 manata satılır – Yumurtanın ən baha və ucuz olduğu ölkələr bilindi
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
































