Magazin1
Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
"Allahın mənə bəxş etdiyi ömürə çox şükür olsun. Yaşımı çox sevirəm. Yaşım mənim illərimdir, xatirələrimdir, həyatdakı addımlarımdır, uğurumdur, sevincimdir, büdrəyib sonra zərif çiyinlərimdə daşıdığım ağır yüklərlə ayağa qalxmağımdır. Hər addımım mənə həyatı, insanları öyrətdi. Öyrəndikcə də qəlbimdə bəzi insanlara güvənim azaldı, təəssüflər olsun".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Ad günü olan aktrisa təəssüratlarını bölüşüb:
"Qəlbim həyata qarşı sevgi ilə döyünür. Həyatı, yaşamağı sevirəm. 37 ildir səhnədə yaratdığım obrazlarla sevilən sənətkaram. Çox şükür, əsil insanam. Şöhrət mənim insani keyfiyyətlərimi dəyişmədi, yenə də kövrək, duyğusal, səmimi, saf ruhumla illərimi sizin alqışlarınızla və şükür etməyimlə addımladım. Böyük göründüm, amma balaca dünyam var idi. Məni işıqlı göstərən nurum və səhnədə yaratdığım obrazlardır.
Həyatdan güc almışam. Həyatı, yaşamağı sevmişəm. Həyat mənim ücün işıqlı, rənglidir, çüx şükür, Allah mənə bu hissləri verib.
Çox zənglər, təbrik mesajları gəlir. Bu, səhnədəki Məleykəyə olan sevgidir. Bu istedadı mənə Allah verib. Nə qədər şükür etsəm yenə azdır. 17 yaşında atasını itirən, tək köməksiz Məleykəni ucalara qaldıran gözəl Allahımdır. Nə yaxşı ki, doğulmuşam, nə yaxşı ki, siz tamaşacılar varsınız. Nə yaxşı ki, məni həyata bağlayan, yaşamaq eşqi verən qızım var. Allahdan arzum sağlam can və qızımın xoş günlərini görmək, bacılarımın sağlamlığı və xətadan, bəladan, pis ruhlu, mərdimazar insanlardan uzaq olmağımdır. Kim mənə nə arzu edirsə Allah onlara 10 qatını versin".
Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qız övladı var.
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı







.jpg)

.jpg)













.jpg)
.jpg)










.jpg)


