İdman
Futbol tarixinin ən pis hakim qərarları - SİYAHI
Məşhur "FourFourTwo" jurnalı futbol tarixinin ən pis hakim qərarlarının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, birinci yerdə DÇ-2006-da keçirilən Xorvatiya - Avstraliya matçında Qrem Pollun səhvi qərarlaşıb. Referi yalnız üçüncü sarı vərəqədən sonra Yosip Simuniçi meydandan qovub.
"İlk 3-lükdə" tarixə “Tanrının əli” kimi düşən qol da qərarlaşıb. Söhbət Argentina millisinin əfsanəsi Dieqo Maradonanln DÇ-1986-nın 1/4 finalında İngiltərəyə vurduğu qoldan gedir.
Futbol tarixinin ən pis 10 hakim qərarı:
1. QremPoll - Josip Simunicə üç sarı vərəqə, DÇ-2006
2. Cenni Sikazve - Afrika Kubokunun Tunis - Mali matçında əvvəlcə 85, sonra 90-cı dəqiqədə oyunu bitirib.
3. Əli Bin Nasser - Dieqo Maradonanın əl ilə vurduğu qol, DÇ-1986.
4. Martin Hansson - İrlandiya ilə DÇ-2010-a vəsiqə uğrunda pley-off matçında Fransa millisi Tyerri Anrinin əl ilə ötürməsindən sonra qol vurub.
5. Çarlz Korver - DÇ-1982-də Patrik Battistona qarşı kobud oyuna görə qapıçı Harald Şumaxeri meydandan qovmayıb.
6. Tom-Henninq Ovrebe - 2009-cu il Çempionlar Liqasının yarımfinalı çərçivəsində baş tutan "Çelsi" - "Barselona" matçında hakim idarəçiliyi.
7. Braziliyalı hakim - "Santakruzense" - "Atletiko Sorokaba" matçında qol vurub.
8. Türkiyəli hakim - 1986-cı ildə hakimə dəyən top "Beşiktaş"ın qapısından keçib. Hakim qolu qeydə alıb.
9. Mark Klattenburq - "Mançester Yunayted"in "Tottenhem"lə oyununda futbolçunun penalti tələb edərkən cərimə meydançasında yıxılaraq topu əlləri ilə tutmasından sonra Naninin vurduğu qolu qeydə alması.
10. DÇ-2002-nin 1/8 final mərhələsinin İtaliya - Cənubi Koreya matçında ekvadorlu hakim Bayron Morenonun idarəçiliyi.
Heybət
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
-
Rəsmi xronika14:35
İlham Əliyev sərəncam imzaladı
-
Rəsmi xronika14:05
İlham Əliyev bu əsasnaməni təsdiqlədi
-
Dünya13:30
Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir
-
Yaxın Şərq13:08
"Hizbullah"da "yarpaq tökümü": Nəsrullah da sıradan çıxarıldı - Rəsmi
-
Sosial12:15
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...
-
İqtisadi gündəm10:20
Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən...