Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir
Bizi izləyin

Dünya

Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Ərdoğan Ankara ilə Vaşinqton arasında münasibətlərdə çətinliklərin davam etdiyini vurğulayıb.

O, ABŞ-da keçiriləcək seçkilərdən sonra Amerikanın Türkiyə ilə bağlı siyasətində dəyişiklik görmək istədiyini də bildirib.

“Mən istəyirəm ki, kim prezident seçilirsə, özünü əvvəlki lider kimi aparmasın. F-35 məsələsi təkcə möhtərəm Donald Tramp dövründə deyil, ondan sonra da davam etdi. Həm Respublikaçılar, həm də Demokratlar bizi dəfələrlə hədəf aldılar. Bu siyasət yeni dövrdə də davam edəcəkmi? Baxaq.”, - deyə o əlavə edib.

Türkiyə dövlətinin başçısı həmçinin xatırladıb ki, ABŞ-ın Türkiyəyə F-35 qırıcılarına görə borcu var və Türkiyə bu borcun alınması üçün lazımi səyləri davam etdirəcək.

Qeyd edək ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a gedib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm