Nida Təhlil
Paşinyan Ərdoğanla görüşdüyü gün sərhəddə hiyləyə əl atdı - DETALLAR
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan görüşəcək. Görüşdə Cənubi Qafqazda sülh prosesi, Ankara-İrəvan münasibətlərinin normallaşması, sərhədlərin açılması müzakirə ediləcək.
- Ankaranın tələbi məlumdur: Bakının şərtləri çərçivəsində sülh əldə edildikdə, yaxud ən azı sülh sazişi layihəsi razılaşdırıldıqda, İrəvanla normallaşma praktiki müstəvidə irəliləyəcək;
- İrəvan Ankara ilə üçüncü tərəf – Bakı olmadan danışıqlara və sərhədlərin açılmasına çalışır;
Ermənistan Azərbaycanın maraqları nəzərə alınmadan normallaşma prosesinə razı salmaq məqsədilə iki istiqamətdə işləyir.
Birincisi, diplomatik danışıqlardır: Paşinyanın Ərdoğanla görüşdən umduğu da budur, hərçənd, bu yolla nəticə əldə etməyin mümkün olmadığını da anlayırlar;
İkincisi və ən çox ümid etdikləri Qərbdən Ankaraya təzyiqin edilməsidir: erməni diasporu/lobbisi bu planda İrəvanla paralel şəkildə işləyir;
Paşinyanın Ərdoğanla görüşdüyü gün Avropa İttifaqı ölkələrinin Ermənistandakı səfirlərini Türkiyə ilə sərhədə - “Marqara” keçid məntəqəsinə aparması da bu kontekstdə təsadüfi deyil. İrəvan bununla Türkiyə ilə sərhədin açılmasında “üzərinə düşən hər şeyi” etdiyini nümayiş etdirir və Qərbə “Ankaranın razı salınmasına dəstək verin” mesajı ötürür.
Asif Nərimanlı
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?




























.jpg)








