Qadın idmançı faciəvi şəkildə öldü: Balıq ona elə zərbə vurub ki... - FOTO
Bizi izləyin

İdman

Qadın idmançı faciəvi şəkildə öldü: Balıq ona elə zərbə vurub ki... - FOTO

İtaliyalı sörfçü Qyuliya Manfrini qılınc balığının vurması nəticəsində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Faciə İndoneziyada, Qərbi Sumatradakı Mentavay adalarında baş verib. Qılınc balığı italiyalı idmançıya tərəf sıçrayıb və onun sinəsinə dəyib.

Yaxınlıqdakı hadisə şahid ona ilkin tibbi yardım göstərərək xəstəxanaya aparıblar. Lakin 36 yaşlı qadın idmançının həyatını xilas etmək mümkün olmayıb.

Tibbi rəyə görə, Manfrini döş qəfəsindən təxminən beş santimetr dərinlikdə yara alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm