Salah Aqueronu ötdü
Bizi izləyin

İdman

Salah Aqueronu ötdü

"Liverpul"un vingeri Məhəmməd Salah oktyabrın 20-də komandasının 2:1 hesabı ilə qalib gəldiyi Premyer Liqa matçında "Çelsi" ilə matçda qol vurub və məhsuldar ötürmə edib.

Publika.az xəbər verir ki, 32 yaşlı misirli 29-cu dəqiqədə penaltidən hesabı açıb, 51-ci dəqiqədə isə yekun nəticəni müəyyən edən Kertis Consa məhsuldar ötürmə edib. Bunların sayəsində Salah “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueronu üstələyib.

İndi o, Premyer Liqada "Liverpul"un heyətində 232 qolda birbaşa iştirak edib - 160 qol və 72 məhsuldar ötürmə. O, İngiltərə çempionatında qol+pas hesablaması üzrə ən çox xal toplayan oyunçular arasında altıncıdır. Aquero karyerasını 231 xalla başa vurub. Frenk Lempard 237 xalla ikinci, Ueyn Runi isə 276 xalla liderdir.

Bu mövsüm Salah Premyer Liqada 8 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm